E-mail VAİSTƏSİ İLƏ KİTABLARIN YÜKLƏNMƏSİ

Kitabların e-mail vasitəsi ilə yüklənməsi

1. Kindle qeydiyyatı (əgər Kindle qeydiyyatdan keçirmisiniszə bu addımı buraxın)
İlk olaraq amazon.com saytında qeydiyyatdan keçmək lazımdır. Kindle-ın qeydiyyatı üçün qurğu wi-fi şəbəkəsinə qoşulu olmalıdır. Daha sonra Kindle-da menu-nu açıb Settings (Настройки) bölməsinə keçmək lazımdır və orada Register (Регистрация) bölməsini seçmək lazımdır. Açılan formda sizin amazon.com saytında qeydiyyat zamanı göstərdiyiniz e-mail və şifrəni daxil edin.

2. Kitabların yüklənməsi
Amazon.com saytında qeydiyyatdan keçdikdən sonra sizə xüsusi e-mail təqdim olunur istifadəçi_adı@free.kindle.com bu e-mail avtomatik mənimsədilir və onu görmək üçün Amazon saytında öz akkauntunuza daxil olmalısınız. Həmin e-mail ünvanına kitablar göndərəndən sonra (Microsoft Word (DOC, DOCX), PDF, HTML, TXT, RTF, JPEG, GIF, PNG, BMP, PRC and MOBI), göndərdiyiniz kitablar Kindle-da avtomatik olaraq WI-FI vasitəsi ilə download olunur. Əgər siz Microsoft Word(doc, docx) formatında kitab göndərirsinizsə, o halda e-mail mövzusu kimi convert yazmalısınız, bu halda göndərilmiş kitab mobi formatına çevrilib Kindle qurğusunda yüklənəcək.