USB VASİTƏSİ İLƏ KİTABLARIN YÜKLƏNMƏSİ

Amazon Kindle elektron kitablar üçün təlimatlar

Kitabların USB vasitəsi ilə yüklənməsi (MOBI, PDF)

  1. Kitabın mobi, txt və ya pdf formatında internet saytlardan yükləyin (misal üçün, http://flibusta.net/)
  2. Kindle-ı USB kabel vasitəsi ilə kompüterə qoşun
  3. Desktopda My Computer - i açın
  4. Disklərin arasında olan Kindle açın
  5. "documents" qovluğunu açın
  6. Yüklədiyiniz kitab faylını bu qovluğa kopyalayın
  7. USB kabeli ayırın
  8. Kindle-ın əsas səhifəsində kitab əlavə olunmalıdır

Əgər yüklədiyiniz kitab digər formatdadırsa, onu Calibre proqramı vasitəsi ilə mobi formatına çevirmək mümkündür
Burada siz Calibre proqramını yükləyə bilərsiniz
Aşağıda Calibre proqramının istifadə videosunu təqdim edirik